Əli Əsədov Gürsüstana səfərə DƏVƏT EDİLDİ

Əli Əsədov Gürsüstana səfərə DƏVƏT EDİLDİ

Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycandan olan həmkarı Əli Əsədovla görüşüb.

 

Sfera.az-ın verdiyi xəbərə əsasən, baş nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.

 

Tərəflər strateji əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, birgə regional layihələr, Orta dəhlizin inkişafı mövzuları ətrafında müzakirə aparıblar.

 

İ.Kobaxidze Əli Əsədovu Gürcüstana səfərə dəvət edib, ölkəsinin Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.


OXŞAR XƏBƏRLƏR