Azərbaycanda professor VƏFAT ETDİ

Azərbaycanda professor VƏFAT ETDİ

Martın 15-də Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda müdafiə zamanı professor Bəhram Əliyev qəfil vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov məlumat verib.

 

"Ailəsinə, əzizlərinə dərin hüzünlə başsağlığı verirəm. Bəhram müəllimin xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq", - deyə o özünün feysbuk hesabında yazıb..


Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.


1975-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib, 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi aspirantura təhsili alıb. 27.10.1982-ci il tarixdə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, professor Sasun Yakubovun rəhbərliyi ilə «Разрешимость дифференциально-операторных уравнений гиперболического и эллиптического типов и их применение к дифференциальным уравнениям в частных производных (01.01.02)» mövzusunda namizədlik, 17.05.2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda «Разрешимость краевых задач для дифференциально-операторных уравнений эллиптического типа и их некоторые спектральные свойства (1211.01)» mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.
 

Əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə bağlıdır. 1990-cı ildən 2016-cı ilə qədər ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir. 2016-cı ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışır. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professorudur. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışır.


Professor Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə bir nəfər doktorant riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. (Redaktor.az)

   


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...