Qəbələdə qanunsuz tikili SÖKÜLDÜ - VİDEO

Hadisə
12:42 / 16.03.2024
6057
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Qəbələ şəhərində qanunsuz tikilini söküb.
Bu barədə Sfera.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.