Bakı Bəyannaməsi ilə Ermənistana göndərilən mesaj nədir? - ŞƏRH

Bakı Bəyannaməsi ilə Ermənistana göndərilən mesaj nədir? - ŞƏRH

Xəbər verdiyimiz kimi, dünən Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Bakı bəyannaməsinin mətnində Ermənistanla bağlı hissə əhəmiyyətlidir:

 

“Belə ki, 3 ölkənin xarici işlər naziri Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq ediblər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər”.

 

Politoloq bildirib ki, bu “uzun cümlə ilə” Ermənistana aşağıdakı mesaj göndərilir:

 

1) İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını yubatmasın;


2) Bu saziş Ermənistanın regional layihələrə qoşulmasına şərait yaradacaq;


3) Ermənistan uzaq ölkələrdə vasitəçi axtarmaqansa, Gürcüstan və Türkiyənin imkanlarından istifadə etsin;


4) Bunlar reallaşarsa, Ermənistanın Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platformasında iştirakı da mümkündür.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR