Gürcüstanın Baş naziri Azərbaycana rəsmi SƏFƏRƏ GƏLDİ - FOTO

Siyasət
11:26 / 16.03.2024
5405
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşıladılar.