Ukraynaya yardım artır - Bu ölkələr hərəkətə keçdi

Almaniya, Fransa və Polşa Ukrayna Silahlı Qüvvələrinə (AFU) gələcək tədarük üçün üçüncü ölkələrdən silah alışını artıracaq.
Sfera.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Fransa və Polşa liderləri ilə birgə konfransda bildirib. Onun çıxışının mətni Almaniya hökumətinin saytında yerləşdirilib.
“İndidən biz Ukrayna və bütün dünya bazarı üçün daha çox silah alacağıq. Bu yaxşı inkişafdır. Hərbi texnikanın istehsalı, Ukraynadakı tərəfdaşlarla əməkdaşlıq yolu ilə genişləndiriləcək”, - Nazirlər Kabinetinin rəhbəri bildirib.
Şolz həmçinin qeyd edib ki, NATO ölkələri Ramşteyn formatında görüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahların ötürülməsi üçün koalisiya yaradacaqlar.
Bundan əvvəl məlum olmuşdu ki, Avropa Komissiyası silah-sursat istehsal gücünü artırmaq üçün Avropa şirkətlərinə 500 milyon avro ayırıb.
İnci