Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir

Dünya
20:00 / 15.03.2024
10483
Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir.
Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” müğənninin yaxınlarına istinadən bildirib.
Sənətçinin fevralda vətəndaşlıq üçün müraciət etdiyi bildirilir.
Qeyd edək ki, ifaçının adı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarına daxil edilən məşhurlar siyahısında yer alıb. Sanksiyalar çərçivəsində onun ölkədəki aktivləri və əmlakları müsadirə edilib.