Respublika üzrə pensiyalar ödənildi

Cəmiyyət
19:40 / 15.03.2024
11186
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiyaların ödənişini yekunlaşdırıb.
Fonddan Sfera.az-a verilən məlumata görə, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.