"Bunu kompensasiya etmək üçün tədbirlər görülür" - Əli Əsədov

“Əsas məsələlərdən biri iqtisadi artım templərimizdir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Baş nazir Əli Əsədov deyib.
“Hörmətli millət vəkilləri, neft sənayesinin xüsusiyyətləri, yəqin ki, sizə bəllidir. Neft hasilatının da dövrləri var. Bu, bütün sahələrdə belədir. İnsanda da belədir, yaşlandıqca enerjisi azalır. 2017-ci ildə neft hasilatının enməsini uzatmaq məqsədilə operator olan BP şirkəti ilə danışıqlar aparıldı. Elə dünən BP şirkətinin rəhbərliyi ilə görüşlər olub. Qiymətlərin yüksək olmasına baxmayaraq, biz 2.4 milyon ton neft azaltmışıq. Bunu kompensasiya etmək üçün tədbirlər görülür. SOCAR-da son dövrlərdə hasilat azalmayıb, stabil olaraq qalıb. Bu yerdə Xoşbəxt Yusifzadənin sözünü xatırlatmaq istəyirəm. O deyirdi ki, hasilat baltanın ucundadır. Qaz sahəsində isə böyük nailiyyətlər əldə etmişik“,- Baş nazir qeyd edib.
Firuzə Əliyeva