"Hökumətimiz 2023-cü ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirə bilib”

“Dünyada hərbi-siyasi, maliyyə-iqtisadi böhranının davam etməsinə baxmayaraq, hökumətimiz 2023-cü ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirə bilib”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Musa Quliyev deyib.

 

“Hesabat ilində ölkəmizdə makroiqtisadi sabitliyə nail olunub və əhalinin sosial rifah halının qorunması üçün təsirli tədbirlər görülüb.2023-cü ildə Ümumdaxili məhsul real ifadədə 1.1% artıb, adambaşına düşən ÜDM isə 12.100 manat təşkil edib, orta aylıq əmək haqqı da 12,8% artaraq 934 manata yüksəlib.Bütövlükdə postmüharibə dövründə bu qəbildən olan 126 min şəxsə 336 min sosial dəstək göstərilib. Hesabat dövründə 118.4 min nəfər müvafiq işlə təmin edilib, büdcədən maliyyələşən təşkilatlarda çalışan 700 min işçinin əmək haqqı 15% artırılıb”, - deputat qeyd edib.

 

Millət vəkili bildirib ki, görülən məqsədyönlü tədbirlərə baxmayaraq, ölkədə qeyri - formal məşğulluq bir sosial problem olaraq qalmaqdadır:

 

“Həm bu, həm də dünyada işsizlik probleminin getdikcə dərinləşməsi məşğulluğun güclənməsi sahəsində daha ciddi addımlar atılmasını, xüsusi ilə özəl sektorun böyük potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsini, kiçik və orta sahibkarlara əməli dəstəyin artırılmasını zəruri edir.2023-cü ildə vətəndaşlara 159 istiqamətdə göstərilən sosial xidmətlərin 141- i artıq elektronlaşmış, 52 xidmət isə proaktiv qaydada həyata keçirilir”. 

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...