Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: "Tez bir zamanda..." - AÇIQLAMA

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ:

SİMA-dan istifadə etməklə MMC yaratmaq mümkün oldu. Bu MMC-ni yaratmaq üçün harasa müraciət və ödəniş etməyə ehtiyac yoxdur. SİMA DVX-nin İnternet Vergi İdarəsinin yeni portalına, new.e-taxes.gov.az –a inteqrasiya olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

 

“Görünür ki, Dövlət Vergi Xidməti də artıq uzun illərdən bəri köhnələn sisteminin yenilənməsini başa çatdıra bilib. Bu inteqrasiya prosesində diqqət çəkən iki məqam var. Birincisi odur ki, hələlik SİMA yalnız vətəndaşlar-fiziki şəxslər üçün VÖEN almağa və elektron formada MMC yaratmağa kömək olacaq. Yəni hələlik hüquqi şəxslərin vergi məsələləri üçün SİMA-dan istifadə imkanı öz həllini gözləməkdədir. İkinci diqqət çəkən məqam odur ki, DVX məhz SİMA-nın biometrik identifikasiya məsələsindən effektiv istifadə etməklə öz problemini də həll etmiş olub. Məlum olduğu kimi, uzun illər bir çox şəxslər hansısa yollarla ASAN imza alaraq, yaxud kiməsə aldıraraq, onunla MMC yaradıb, şübhəli biznes əməliyyatları edərək yoxa çıxa bilirdilər. DVX də bununla bağlı bir neçə dəfə açıqlamalar verib. İndi isə, SİMA-da biometrik eyniləşdirmə(üz tanıma) olduğundan, görünür ki, DVX qeyd olunan problemə nöqtə qoymaq üçün məhz bu məqamı nəzərə alaraq tez bir zamanda elektron formada MMC yaratmaq prosesinə SİMA-nı inteqrasiya edib. Uğurlu və təqdirəlayiq addımlardır. Ümid edirəm tez bir zamanda SİMA hüquqi şəxslər üçün və bütün vergi xidmətləri üçün, xüsusən də vergi hesabatları və bəyannamələr, e-qaimələr və s. əməliyyatlar üçün də əlçatan olacaq”.

 

O. Gündüz qeyd edib ki, mobil imza bazarında ASAN imzanın inhisarçı mövqeyinin azaldılması və bu sektorda rəqabətli mühitin formalaşdırılması ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

“İdentifikasiya sahəsində təhlükəsiz alternativlərin, biometrik texnologiyaların tətbiqilə rəqabətli mühitin formalaşdırılması istiqamətində səylər təqdirəlayiqdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...