“Bizim Qafqaz” mədəni-sosial layihəsinə başlanıldı - VİDEO

“Bizim Qafqaz” mədəni-sosial layihəsinə başlanıldı - VİDEO

Qafqaz ölkələrinin mədəniyyətini və tarixini müxtəlif aspektlərdən dəyərləndirəcək “Bizim Qafqaz”  (“Our Caucasus”) mədəni-sosial layihəsinə başlanılıb. Bu layihə çərçivəsində müxtəlif video verilişlər hazırlanacaq və həmin materiallar “Youtube” video platforması üzərindən yayımlanacaq.


Sfera.az xəbər verir ki, “Bizim Qafqaz” layihəsinin müəllifi və aparıcısı Nini Karseladzedir. Karseladze uzun müddət biznes-məşqçi və məsləhətçi kimi fəaliyyət göstərib və artıq 12 ildir ki, Azərbaycanda yaşayır. 


Xanım Karseladze ölkəmizi öz vətəni kimi sevir. O, Gürcüstan və Azərbaycanın mədəniyyətini və tarixini Qafqazda daha çox təbliğ etmək üçün bu layihə vasitəsilə öz töhfəsini vermək qərarına gəlib. 


“Bizim Qafqaz” layihəsi çərçivəsində hazırlanacaq verilişlərdə müxtəlif qonaqlar, tanınmış ziyalılar və cəmiyyətin müxtəlif təbəqəsindən olan nümayəndələr iştirak edəcək. Onların vasitəsilə “Bizim Qafqaz” haqqında çox şey danışılacaq, verilişlərdə Gürcüstan və Azərbaycanın zəngin həyatı, o cümlədən adət-ənənələri, görməli yerləri və zəngin tarixi nümayiş etdiriləcək. 


Nini Karseladzenin təqdimatında “Bizim Qafqaz” layihəsinin ilk qonağı Azərbaycanın tanınmış heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov olub. 

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...