Ceyhun Bayramov İliya Darçiaşvili ilə GÖRÜŞDÜ - FOTO

Ceyhun Bayramov İliya Darçiaşvili ilə GÖRÜŞDÜ - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda səfərdə olan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşüb və postmünaqişə dövründəki regional vəziyyəti müzakirə edib.

 

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müzakirə mövzuları arasında Azərbaycan və Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər olub.

 

"Tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini vurğulayaraq bu istiqamətdə yülsək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd ediblər. Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib", - məlumatda qeyd olunub.

 

Xəbərdə bildirilir ki, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycanın bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə C.Bayramov qarşı tərəfi məlumatlandırıb, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb:

 

"Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir etdiyi diqqətə çatdırılıb. İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Gürcüstanın bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib".


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...