Final oyununun stadionu MƏLUM OLDU

Final oyununun stadionu MƏLUM OLDU

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyununun keçiriləcəyi stadion müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

Bildirilib ki, görüş “Liv Bona Dea Arena”da baş tutacaq. İyunun 2-də təşkil olunacaq matçın başlama saatı, eyni zamanda digər detalları hələ bəlli deyil.


OXŞAR XƏBƏRLƏR