Vergi portalında “SİMA İmza”dan istifadə mümkün olacaq - YENİLİK

Vergi portalında “SİMA İmza”dan istifadə mümkün olacaq - YENİLİK

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində “SİMA İmza”nın tətbiqinə başlayıb.


Sfera.az xatırladır ki, 2023-cü ilin oktyabrından fiziki şəxslərin uçota alınmasında “SİMA İmza” tətbiq edilir. Artıq bu elektron imza hüquqi şəxsin elektron qaydada dövlət qeydiyyatına alınması zamanı da istifadə olunacaq.


Dövlət Vergi Xidmətinin informasiya sistemində göstərilən texniki imkanları təmin etmək üçün müvafiq dəyişikliklər yerinə yetirilib. Görülən işlər çərçivəsində hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına (new.e-taxes.gov.az) digər gücləndirilmiş elektron imzalarla yanaşı “SİMA İmza” elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxilolma prosesində biometrik yoxlama (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təmin olunub.


“SİMA İmza” elektron imza vasitəsilə imzalanmış nizamnaməyə, qeydiyyat ərizəsinə və ona əlavə edilmiş sənədlərə vergi orqanında baxış imkanının olması da təmin edilib. 


Qeyd edək ki, “SİMA İmza” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Bu imza növü bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...