Mal-qara sayında azalma dayanmır – Göstəricilər bir qədər də pisləşib

Azərbaycanda 2020-ci ildən bəri mal-qara sayında davamlı azalma müşahidə edilir. Bu proses 2024-cü ilin ilk ayında da davam edib.
Sfera.az xatırladır ki, 2020-ci ilin əvvəlində ölkəmizdə 2,646 milyon baş iribuynuzlu mal-qara, 8,19 milyon baş qoyun və keçi olub.
2023-cü ilin sonunda iribuynuzlu mal-qara sayı 2,533 milyon başa, qoyun və keçi sayı 7,223 milyon başa geriləyib. Yanvar ayında ümumi mal-qara sayı bir qədər də azalıb.
2024-cü ilin ilk ayında iribuynuzlu mal-qara sayı 2,51 milyon başa, qoyun və keçi sayı 7,06 milyon başa düşüb. Bir ayda iribuynuzlu mal-qara sayı 23 min baş, qoyun və keçi sayı isə 163 min baş azalıb.
Azərbaycan özünün iribuynuzlu və xırdabuynuzlu heyvan ətinə olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Mövcud olan heyvanların sayının azalması yerli istehsal hesabına ət təminatını bir qədər də pisləşdirəcək. Bu vəziyyətdə idxal ətinə olan ehtiyac bir qədər də artacaq.
Vasif