Lerikdə yaşayan valideynlərlə görüş KEÇİRİLDİ - FOTO

Lerikdə yaşayan valideynlərlə görüş KEÇİRİLDİ - FOTO

Agentliyin direktor müavini Mehriban Vəliyeva və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev övladları kənd məktəblərində təhsil alan valideynlərlə görüşüblər.

 

Sfera.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd kənd məktəblərində təhsil alan şagirdlər üçün yeni təhsil şəraitinin yaradılması, keyfiyyətli təhsilin əlçatanlığının artırılması, eləcə də valideynlərin mövcud imkanlar barədə məlumatlandırılmasından ibarətdir.

 

Görüşdə təhsil sahəsində aparılan islahatlardan, məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına  xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin müasir tələblər səviyyəsində yenidən qurulmasından bəhs olunub. Həmçinin müəllim-valideyn münasibətlərindən, valideynləri tədris prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışılıb.

 

Görüş zamanı Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib.  

 

Valideynlərə təklif olunub ki, övladlarının müasir şəraitli gimnaziyada təhsil alması üçün müraciət edə bilərlər. Bildirilib ki, gimnaziyada hazırda 371 şagird təhsil alır. Onlardan 223-ü oğlan,148-i isə qızdır. Gimnaziyada 500-dək şagirdin təhsil almasına imkan var. 


Şagirdlərin təlim-tərbiyəsi ilə 43 müəllim və tərbiyəçi müəllim məşğul olur. Həmçinin şagirdlərin meyl və maraqları nəzərə alınmaqla təmayüllü siniflərdə təhsil almaq imkanları var.  

 

Görüşün sonunda valideynlərin sualları rəsmilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...