2023-cü il nələrlə yadda qaldı? - Millət vəkili sadaladı 

2023-cü il nələrlə yadda qaldı? - Millət vəkili sadaladı 

“2023-cü il Azərbaycan üçün tarixi il oldu”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 15 mart tarixli iclasında deputat Vüqar Bayramov deyib.


“Azərbaycan 2023-cü ildə suverenliyini tam bərpa etdi. 2023-cü ildə Füzuli şəhərində ilk məskunlaşma həyata keçirildi. 2023-cü il qeyri-neft sektorunun drayver rolunu oynaması ilə yadda qaldı”,- millət vəkili bildirib.


Deputat qeyd edib ki, valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanması müsbətdir: 

 

“Büdcə xərclərinin 947 milyon manatı iki istiqamətdə, müdafiənin gücləndirilməsinə və işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönləndirilib”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR