Cari ilin iki ayında ÜDM istehsalı nə qədər artıb? - STATİSTİKA

Cari ilin iki ayında ÜDM istehsalı nə qədər artıb? - STATİSTİKA

“2024-cü ilin ilk 2 ayı ərzində ÜDM illik müqayisədə 5 faizlik artım göstərib və 18 milyard 577 milyon manata çatıb”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

 

“İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması nöqteyi-nəzərdən qeyri-neft sektorunda 10 faizlik artım faktı xüsusilə sevindiricidir. Bu, real iqtisadiyyatın payının getdikcə böyüdüyünün göstəricisidir. Ticarətdən tutmuş kənd təsərrüfatınadək bütün sahələrdə ÜDM artımı müşahidə olunur, ancaq sənayedəki 40 fazlik yüksəlişi xüsusilə qeyd etmək lazımdır. Yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal olunub. 

 

İqtisadiyyata investisiya yatırımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artıb. Burada da qeyri neft-qaz sektorundakı vəziyyət ürəkaçandır. Bu sferaya yatırılan investisiyanın həcmində 17 faizlik yüksəliş var. Biz müşahidə edirik ki, dövlət kapitalı ilə yanaşı özəl investisiyanın da payının artımı baş verir.

 

Orta aylıq əməkhaqqı 10 faiz artıb. Hər nəfərə düşən ÜDM 1800 manatdan çox olub. Sosial sferada ciddi nəticələr qeydə alınır. İlin ilk iki ayında pensiya ödənişlərində 14 faiz, müavinət ödənişlərində 6 faiz, təqaüd ödənişlərində 2 faiz artım var”, - deputat qeyd edib.

 

Millət vəkili bildirib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirir:

 

“Bütün bunları sadə dillə desək, öz pulumuz və maliyyəmiz olmadan etmək mümkünsüz idi. Bu gün Azərbaycan dünyada bəlkə də yeganə dövlətdir ki, bunu edə bilir və bu fakt xarici maliyyə institutları və beynəlxalq iqtisadi ekspertlərin də diqqətindən yayınmır. Hökümətə fəaliyyətində yeni uğurlar arzulayıram”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...