"MİNSK qrupu Qarabağda məktəb tiksin ki, danışmağa üzü olsun" - Zahid Oruc

Siyasət
12:10 / 15.03.2024
6452
“2023-cü ildə ilk dəfə coğrafi birliyimizin bərpa olunmasını qeyd etdik”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
“Təkcə büdcə vəsaiti ilə Qarabağı tikmək mümkün deyil. Hökümət xüsusi qərarlar hazırlasa, orada tikinti aparmaq istəyən şirkətlərə şərait yaratsa, yük azalar. İqtisadi artım 0.6 faiz təşkil edib. 156 milyonluq əhaliyə, 1,3 trilyon ÜDM-ə sahib dövlətlər işğaldan azad olmuş yerlərdə məktəb tikə bilərlər. Müharibəni biz qazandıq, heç olmasa bir neçə məktəb tikməyi MİNSK qrupu üzərinə götürsün ki, danışmağa üzləri olsun”, deputat qeyd edib.
Firuzə Əliyeva