ABŞ terror təhlükəsi ilə ÜZ-ÜZƏ: “Günahkar isə...” - AÇIQLAMA

“ABŞ-də 11 sentyabr hadisəsindən sonra ən böyük terror təhlükəsi yaranıb”.
Sfera.az bildirir ki, bunu Texasdan olan senator Ted Kruz deyib. O, sözügedən problemin miqrasiya böhranından qaynaqlandığını vurğulayıb.
“Ölkəmiz üçün terror təhlükəsi çox böyükdür. 11 Sentyabr hadisəsindən sonra bu, həmişəkindən daha böyükdür”, - Kruz Fox News-a müsahibəsində bildirib.
Senator əlavə edib ki, Ağ Ev rəhbəri Co Bayden administrasiyası ölkənin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addım atmır. O, Ağ Evi Latın Amerikasından yeni miqrantları qəbul etməklə vəziyyəti pisləşdirməkdə ittiham edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson isə qeyd edib ki, Baydenin ucbatından ölkəyə 15 milyon qeyri-qanuni immiqrant daxil olub.
Günay