24 yaşayış məntəqəsinə qaz xətti çəkilib

24 yaşayış məntəqəsinə qaz xətti çəkilib

“İşğaldan azad edilmiş ərazilərdə dəmir yolları çəkilir, yeni quruculuq işləri aparılır”.

 

Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

 

Onun sözlərinə görə, 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib.

 

Baş nazir qeyd edib ki, minatəmizləmə agentliyi və digər təşkilatlar tərəfindən 53.1 min hektar ərazi minalardan təmizlənib. 

 

“2024-cü ildə 60 min hektar ərazinin minadan təmizlənməsi planlaşdırılır”, - deyə Əli Əsədov əlavə edib.


OXŞAR XƏBƏRLƏR