“Bu vəziyyət yanacaq qiymətlərinin artımına səbəb olacaq” - AÇIQLAMA

“Bu vəziyyət yanacaq qiymətlərinin artımına səbəb olacaq” - AÇIQLAMA

"Avropa İttifaqı ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya sanksiyalar tətbiq etsələr də və bu ölkədən birbaşa neft almasalar da, enerji əməkdaşlığı başqa formada davam edir. Rusiya öz neftinin əsas hissəsini Çin və Hindistana satır. Avropa ölkələri Rusiyanın neft məhsullarının bir hissəsini Hindistan üzərindən alırdılar. Ancaq ABŞ sanksiyaları və Qırmızı dənizdə gərgin vəziyyət Avropa ölkələrinin Hindistanla enerji əməkdaşlığına mənfi təsir edib. Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı 2023-cü ildə Hindistan üzərindən Rusiya neftinin idxalını 115 faiz artırıb:

 

“Rusiya Hindistana gündəlik 1.75 milyon barel xam neft satıb. Hollandiya, Fransa, Rumıniya, İtaliya və İspaniya həmin nefti Hindistandan alıblar. Bu, Hindistana əlavə gəlir gətirirdi. Hindistan Rusiya neftini ucuz alır və müəyyənləşdirdiyi qiymətə Avropaya satırdı. Bunun hesabına Hindistan Səudiyyə Ərəbistanından sonra Avropanın ikinci neft ixraçatcısına çevrilib. “Bloomberg” agentliyinin məlumatına görə bu vəziyyət dəyişməkdədir. ABŞ sanksiyalarına görə, Hindistanın neft emalı zavodları Rusiyadan neft alışını azaldıblar”.

 

Politoloq qeyd edib ki, Hindistanın nəhəng “İndian Oil” neftayırma zavodu Rusiya ilə uzunmüddətli sazişlərdən imtina edib.

 

““Bharat Petroleum” və “Hindustan Petroleum” şirkətləri də eyni qərarı veriblər. Hindistanın neftayırma zavodları Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa üstünlük verməyə başlayıblar. Hindistan Azərbaycan neftinin də əsas alıcılarındandır. Bundan başqa, Hindistanın neftayırma zavodları neft alışında Yaxın Şərq və Qərbi Afrika ölkələrinə üstünlük verirlər. Hindistan iqtisadiyyatı sürətlə inkişaf etdiyindən bu ölkənin özünün də neft və neft məhsullarına ehtiyacı artıb. Bundan sonra Avropa ölkələri Hindistandan ucuz qiymətə neft məhsulları ala bilməyəcəklər. 2024-cü ildən Qırmızı dənizdə davam edən gərginlik də Hindistanla Avropa ölkələri arasında enerji əməkdaşlığına mane olur. Hindistan Qırmız dəniz üzərindən Avropaya neft məhsullarının ixracını xeyli azaldıb. Bu vəziyyət Avropa ölkələrində yanacaq qiymətlərinin artımına səbəb ola bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...