Mourinyo "Fənər"in baş məşqçisi OLA BİLƏR

Mourinyo

Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

 

Sfera.az bildirir ki, Türkiyənin "Fənərbağça" klubu Mourinyo ilə maraqlanır.

 

Qeyd edək ki, portuqaliyalının son çalışdırdığı klub "Roma" olub. Mourinyo 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. O, bu ilin yanvarında "Roma"nı tərk edib. Mourinyonun rəhbərliyi altında komanda ümumilikdə 96 oyun keçirib və 44 qələbə qazanıb. Portuqaliyalı daha əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR