XİN üçtərəfli görüşdə müzakirə ediləcək məsələləri AÇIQLADI - YENİLƏNDİ

XİN üçtərəfli görüşdə müzakirə ediləcək məsələləri AÇIQLADI - YENİLƏNDİ

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda 9-cu üçtərəfli görüşü keçirilib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Azərbaycan XİN başçısı Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlıq beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslanır.

 

"Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu bildirilib. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb",-məlumatda qeyd olunub.

 

Həmçinin diqqətə çatdırılıb ki, C.Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.

 

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran XİN başçısı bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.

 

Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub. Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.

 

***

 

11:17

 

Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşü zamanı müzakirə ediləcək məsələləri açıqlayıb.

 

Sfera.az xəbər verir ki, nazir açılış nitqində qeyd edib ki, XİN başçıları üçtərəfli regional əməkdaşlığa, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrə dair fikir mübadiləsi aparacaqlar.

 

Nazir əlavə edib ki, görüş çərçivəsində ümumi bəyannamə qəbul ediləcək. (APA)


OXŞAR XƏBƏRLƏR

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...

Suraxanıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan i...