Xabi Alonso "Qarabağ"la oyundan DANIŞDI: "Ən yaxşı oyun..."

Xabi Alonso

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso komandasının Avropa Liqasının 1/4 finalına yüksəlməsindən danışıb.

 

Sfera.az bildirir ki, ispaniyalı məşqçi bunun ən yaxşı matç olmadığını deyib:

 

“Bu bizim ən yaxşı oyunumuz deyildi, amma yenə də qalib gələ bildik. Yaxşı cavab verdik”.

 

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsində “Bayer” və “Qarabağ”ın qarşılaşdığı cavab oyunu alman klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Proses bu gün, martın 15-də baş tutacaq.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR