Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşü KEÇİRİLİR - FOTO

Siyasət
10:15 / 15.03.2024
1458
Bakıda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.
Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.
Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.