Avtomobil bazarında qiymətlər

Avtomobil bazarında qiymətlər

Bəzi avtomobil şirkətləri hələlik köhnə qiymətlərlə satışları davam etdirir

Bu gün manatın yenidən ucuzlaşması avtomobil bazarına da təsirsiz ötüşməyib. Sfera.az "Fins.az"-a istinadən xəbər verir ki, bəzi avtomobil şirkətləri qiymətləri bahalaşdırsa da, bəziləri qeyri-müəyyən vəziyyəti nəzərə alıb satışları dayandırıb. Bəzi avtomobil şirkətləri isə hələlik köhnə qiymətlərlə satışları davam etdirir.

“X5” avtomobili 46 min manat bahalaşıb

“BMW”, “Mini” və “Rolls Roys” avtomobillərinin satışı həyata keçirən “İmprotex Motors” şirkəti hazırda avtomobil satışının olduğu bildirilib. Avtomobilin avro ilə qiyməti artmasa da, manat məzənnəsində yeni qiymətlə satılır. Məsələn, 87 min avroya satılan (100 min manat) 3.0 mühərrikli 2015-ci model “BMW X5”in manatla qiyməti 46 min artaraq 146 min manat olub. “BMW 520” avtomobilinin qiyməti 57 min manatdan 84 min manata qədər artıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin qiyməti manatın ucuzlaşma faizi həcmində (47.6 %) bahalaşıb.

“Toyota” satışları dayandırdı

“Toyota Bakı Mərkəzi” isə hazırda satışları dayandırıb. Şirkətdən fins.az-a verilən məlumata görə, manatın ucuzlaşması ilə bağlı yaranan qeyri-müyyən bir vəziyyətlə əlaqədar olaraq satışlar dayandırılıb.

Bəzi şirkətlər qiyməti dəyişməyib

 “Auto Azerbaijan” şirkətinin də satışları dayandırmadığı deyilsə də, şirkət bu məlumatı təkzib edib. Bildirilib ki, hazırda bütün modellər köhnə qiymətləri ilə satılır. “Audi Bakı Mərkəzi”ndən də avtomobillərinin qiymətlərində hər hansı bir dəyişiklik olmadığını deyiblər: “Audi”ləri köhnə qiymətlə satılır. Lakin yeni gətiriləcək avtomobillərin qiymətlərində mütləq bahalaşma olacaq”.

«Honda» indiki qiymətləri 10 gün dəyişməyəcək

“Honda Avtomobil Mərkəzi”nin marketinq meneneceri Kamran Məmmədov fins.az-a bildirib ki, “Honda”, “Mitsubishi”, “Mazda” və “Subaru” avtomobillərinin qiymətlərində hər hansı bir artım yoxdur. O bildirib ki, dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq. Yeni ildə avtomobillərin qiymətlərinin necə dəyişəcəyi hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...