Madonna qızlarının şəklini paylaşdı

Madonna qızlarının şəklini paylaşdı

Məşhur müğənni Madonna Afrikadan övladlığa götürdüyü əkiz qızlarının fotosunu paylaşıb.
 

Sfera.az xəbər verir ki, sənətçi sosial şəbəkələrdə 11 yaşlı Stella və Esterin nadir fotosunu yayımlayıb.
 

Qızlar 2012-ci ildə Malavidə anadan olublar və ulduz onları övladlığa götürmək üçün bir neçə il sərf edib. Məşhurun ​​sözlərinə görə, o bu uşaqları artıq ailə hesab etdiyi üçün hədəfindən heç vaxt vaz keçməzdi.
 

Madonna ilk dəfə 38 yaşında ana olub, kubalı idmançı Karlos Leondan Lourdess adlı bir qızı dünyaya gətirib və bir il sonra müğənni uşağın atası ilə ayrılıb. Daha sonra məşhur britaniyalı rejissor Qay Riçi ilə ailə həyatı qurub, 2000-ci ildə onların Rokko adlı övladı olub. 2006-cı ildə isə cütlük Devid adlı afrikalı oğlanı övladlığa götürüb.
 

Şou divası ərindən boşandıqdan sonra Malavidən Mersi Ceymsi övladlığa götürüb və 2017-ci ildə Stella və Esteri ABŞ-yə aparıb. Madonna pərəstişkarlarına etiraf edib ki, onun üçün uşaqlardan daha vacib heç nə yoxdur və karyera ana olmaq xoşbəxtliyi ilə müqayisə edilə bilməz. Ulduzun fikrincə, həyatda ən yaxşı xatirələrin hamısı ailə ilə bağlıdır.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...