Dünya çempionu arvadını öldürməkdə ittiham olunur - FOTO

İdman
19:30 / 14.03.2024
4980
Velosiped idmanı üzrə dünya çempionu Roan Dennis həyat yoldaşını öldürməkdə ittiham olunub.
Sfera.az xəbər verir ki, idmançının həyat yoldaşı Melissa Hoskinsini yaşadıqları evin qarşısındakı həyətyanı ərazidə avtomobillə vurduğu məlum olub.
Baş verənlərdən sonra dünya çempionu 15 ilə qədər həbs oluna bilər. Onun məhkəməsi bu ilin avqustunda baş tutacaq.
Xatırladaq ki, Dennis Yaponiyada keçirilən Olimpiadanın bürünc mükafatçısı və dördqat dünya çempionudur. Onun həyat yoldaşı da Avstraliyanın velotrek üzrə komandasının heyətində dünya çempionu olub.
(Oxu.az)