"Atletiko"nun hücumçusu Sançesi TƏHQİR ETDİ - "O, çilili zibildir"

İdman
18:20 / 14.03.2024
5612
"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann "İnter"in qaçırdığı penaltiyə sərt reaksiya verib.
Sfera.az bildirir ki, futbolçu X sosial şəbəkəsindəki hesabında penaltini qaçıran Aleksis Sançesi "zibil" adlandırıb.
Onun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Xatırladaq ki, 1/8 final mərhələsinin cavab oyununda "Atletiko" "İnter"ə 3-1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Fatimə Lətif