Messi gələn matçlarda iştirak etməyəcək: "Risk etmək istəmirik"

İdman
17:15 / 14.03.2024
4410
"İnter Mayami"nin hücumçusu Lionel Messi komandasının növbəti matçını buraxa bilər.
Sfera.az bildirir ki, buna səbəb 36 yaşlı futbolçunun əzələ gərginliyindən əziyyət çəkməsidir. Klubun baş məşqçisi Xerardo Martino Messinin vəziyyətini mətbuata şərh edib:
“Onun sağ ayağının əzələləri həddindən artıq yüklənib. Biz risk etmək istəmirik. Yəqin ki, o, gələn matçlarda iştirak etməyəcək”.
Xatırladaq ki, Messi ötən il iyulun 15-dən “İnter Mayami”nin futbolçusu olub. Ötən mövsüm forvard, MLS klubunun heyətində bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.
Fatimə Lətif