"Bu qədər dəyişikliyə görə heç bir investor 10 il sonrakı hədəfini qura bilmir" - Ekspert

"Vergi Xidmətinə dair müəyyən dəyişikliklər olacağı haqqında məlumatlar yayılır. Bunlar arasında heç bir təsiri olmayacaq məsələ isə Vergi Xidmətinə qəbul zamanı andiçmə prosesi ilə bağlıdır". 

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.


E.Əmirovun sözlərinə görə, and içməyin iş keyfiyyətinə təsiri yoxdur:

 

"Ümumiyyətlə, hansı xidmət sahəsini göstərmək olar ki, orda and içmək effektiv olub? And işə yarasa idi,  həkimlərdə bunu görərdik. Vicdanlı insan andsız da vicdanlıdır, vicdansız insana isə nə and təsir edər, nə inanc. Vergi sisteminə həftədə 8 dəfə dəyişdirilən Vergi Məcəlləsi yox, statik məcəllə lazımdır ki, yerli sahibkar da, xarici investor da uzun müddətli strategiya hazırlayıb investisiya qoysun. Amma hazırkı şəraitdə investisiya mühitini ən çox baltalayan səbəblərdən biri Vergi Məcəlləsinin dayanıqsızlığıdır. Bu qədər dəyişikliyə görə heç bir investor 10 il sonrakı hədəfini qurub investisiya yatıra bilmir, yəni risk etmir".

 

Ekspert onu da qeyd edib ki, böyük investisiyalar biznes çıxarlarının dinamikasını təxmini də olsa, proqnoz edilməsini tələb edir: 

 

"Ona görə də yeni məcəllə qəbul edilməklə yanaşı onun neçə il dəyişilməyəcəyinə dair rəsmi bəyanatın da verilməsinə ehtiyac vardı".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...