"Arsenal" onunla müqaviləni UZATDI: "2026-ya qədər..."

Londonun “Arsenal” klubu müdafiəçisi Ben Uayt ilə müqaviləni uzadıb.

 

Sfera.az bildirir ki, Uayt 2021-ci ilin yayında "Brighton"dan 58,5 milyon avroya “Arsenal”a keçib. Bu mövsüm müdafiəçi “topçular”ın heyətində bütün turnirlərdə 38 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

 

Onun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Futbolçunun təxmini bazar dəyəri 55 milyon avrodur.

 

Qeyd edək ki, "Arsenal" 28 turdan sonra 64 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR