Ekspertdən yayılan həmin görüntülərlə bağlı AÇIQLAMA: "Eyni nömrəni təkrar çap edib..." - FOTO

Ekspertdən yayılan həmin görüntülərlə bağlı AÇIQLAMA:

Bakıda bəzi avtomobillərin üzərində olan bahalı nömrələrin oğurlanması və qarşılığında pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlum olub ki, bu kimi hadisələr dəfələrlə baş verib.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, həmin şəxslər qanunvericilikdə və təcrübədə sovet dövründən qalan lazımsız, çoxdan ləğv edilməli müddəadan istifadə etməyə çalışırlar.

 

“Onların "bazar"ını bağlamaq üçün itən və ya oğurlanan nömrənin əvəzinə, elə həmin nömrəni təkrar çap edib vermək lazımdır. İndi bilirlər ki, nömrənin biri olmasa, avtomobil sahibi məcbur olub, tam başqa hərf və rəqəmləri olan nömrə alacaq. Ona görə də bazarlığa cəsarət edirlər”.

 

Ekspert bildirib ki, problemi kökündən həll etmək lazımdır:

 

“SSRİ dağılandan sonra bütün respublikalar bu lazımsız qaydanı ləğv edib. Bunun üçün qanunda cəmi 2-3 sözdən ibarət dəyişiklik edilməlidir. İtən və ya oğurlanan nömrənin yenidən çap edilməsi heç bir problem yarada bilməz. Hər yer kamera və digər nəzarət sistemləri ilə doludur. Eyni nömrənin təkrar çap edilməməsinin heç bir məntiqi yoxdur”.

 

Qeyd edək ki, qanunvericiliyə görə, itən nömrəni bərpa etmək mümkün deyil. Sürücü yalnız nömrə lövhəsi yararsız hala düşdüyü təqdirdə onu DYP şöbəsinə təqdim etməklə yenisinə ala bilər.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...