Türkiyədə 2019-cu ildə prezident seçkiləri keçiriləcək

Türkiyədə 2019-cu ildə prezident seçkiləri keçiriləcək

Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım TRT-yə müsahibəsində bildirib.

"Yeni konstitusiya ilə bağlı parlamentdəki işləri 2017-ci ilin yanvarın sonunadək tamamlayacağıq. Koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”, - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.


OXŞAR XƏBƏRLƏR