Görmənin bəlası "QARA SU": Qlaukoma xəstələri nələrə diqqət etməlidir?

Görmənin bəlası

El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin itirilməsinə səbəb olan xəstəlikdir. Bütün dünyada görmə itkisinə səbəb olan göz xəstəlikləri arasında qlaukoma 1-ci yerdədir. Xəstəliyin ciddiliyi və ağırlığı nəzərə alınaraq hər il mart ayının ikinci həftəsi bütün dünyada “Qlaukoma həftəsi” kimi qeyd edilir. “Beynəlxalq Qlaukoma Həftəsi” bu il martın 12-dən 18-dək keçirilir. “Qlaukoma Həftəsi” Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında ortaq təşəbbüsdür.

 

Sfera.az xəbər verir ki, Ankara Təhsil və Tədqiqat Xəstəxanası Göz Xəstəlikləri Mütəxəssisi Gülizar Dəmirok Beynəlxalq Qlaukoma Həftəsi münasibətilə verdiyi açıqlamada bildirib ki, görmə itkisinə səbəb olan xəstəlik heç bir əlamət olmadan inkişaf edə bilir.

 

İrq, cinsiyyət və artan yaşın da xəstəliyin risk faktorları arasında olduğunu ifadə edən Demirok qeyd edib ki, bəzi göz içi xəstəlikləri də göz içi təzyiqi artırdığı üçün qlaukomaya səbəb ola bilir.

 

“Yüngül baş ağrısı, gözlərdə qızartı və görmə itkisi qlaukoma xəstəliyinin əsas əlamətləridir. Xüsusilə qapalı bucaqlı xəstəliyin növlərində çox yüksək göz içi təzyiqi olanlarda şiddətli ürəkbulanma və baş ağrısı şikayətləri də meydana gələ bilər",- həkim vurğulayıb.

 

Demirok bildirib ki, erkən diaqnoz qlaukomada qalıcı görmə itkisinin qarşısını alır:

 

"Xəstəliyin risk faktorları və görülmə nisbəti zamanla artır. Xüsusilə şəkər və hipertoniya kimi xəstəliklər qlaukoma riskini artırır. Xəstəlik irsi də ola bilir. Açıq bucaqlı qlaukoma növlərində ilk müalicəyə göz içi təzyiqini azaldan damcılarla başlayırıq. Damcılar kifayət etmədikdə lazer və ya cərrahi müalicələrə keçirik".


Professorun sözlərinə görə, dünyada təxminən 2 faiz insan bu xəstəlikdən əziyyət çəkir:

 

“Proqnozlara görə, 2040-cı ildə dünyada 110 milyon qlaukoma xəstəsi olacaq. Müxtəlif irqlərdə və coğrafi bölgələrdə xəstəliyə tutulanlar arta bilər".

 

Sonda Demirok xəstəliyin korluqla nəticələnməsinin qarşısını almaq üçün nəzarətin vacibliyini vurğulayıb:

 

“40 yaşdan yuxarı hər bir fərd ildə bir dəfə göz müayinəsindən keçməli və göz təzyiqi ölçülməlidir. Ailədə risk faktorları varsa, bunu daha tez-tez etmək lazımdır".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...