"Kim Çen Inı öldürün..." - Koreyalı nazirdən ƏMR

 “Əgər Kim Çen In müharibəyə başlayarsa, siz dünyanın ən güclü xüsusi əməliyyat qrupu olaraq düşmənin rəhbərliyini zərərsizləşdirməlisiniz".

 

Sfera.az xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von-Sik ötən gün İnçon şəhərində komando birliklərini ziyarəti zamanı bildirib.

 

Nazirin komando birləşmələri ilə görüşü Cənubi Koreyanın ABŞ hərbçiləri ilə birgə keçirdiyi “Azadlıq Qalxanı” təlimi zamanı baş tutub.

 

Cənubi Koreyanın müdafiə doktrinasında mühüm yer tutan KMPR Şimali Koreyanın mümkün hücumuna cavab vermək üçün qurulan ordu birliyidir.Komando bölmələrindən ibarət olan bu birlik həm də Seulun “üç oxlu” müdafiə strategiyasının sütunudur. Doktrinanın digər oxlarına Şimali Koreyanın raket sistemlərini hədəfə alacaq hərbi birləşmələr daxildir.

 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In daha əvvəl C.Koreya-ABŞ təlimlərini işğal məşqi və müharibə təxribatı kimi qiymətləndirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...