“Titanik” yenidən inşa edilir – Gəmi ilk səyahətinə BU TARİXDƏ ÇIXACAQ

“Titanik” yenidən inşa edilir – Gəmi ilk səyahətinə BU TARİXDƏ ÇIXACAQ

İlk səyahətindən 5 gün sonra aysberqə çırpılaraq batan “Titanik” gəmisinin eynisi yenidən inşa ediləcək. 


Sfera.az xəbər verir ki, bu ideya milyarder Klayv Palmerdən gəlib. 


Var-dövlətini mədənçilikdən qazanan milyarder Palmer “Titanik”in nüsxəsini yaratmaq planlarına yenidən başlayıb. O bununla bağlı verdiyi açıqlamasında yeni tikiləcək gəminin orijinaldan çox üstün olacağını söyləyib. 


Palmer Avstraliyalı iş adamıdır. Milyarder “Titanik II” planlarını ilk dəfə 2012-ci ildə açıqlamışdı. 2018-ci ildə gəminin inşası işinə başlanılsa da COVID epidemiyası səbəbindən layihə dayandırılmışdı. Milyarder iş adamı yenidən məşhur gəminin inşası üzrə işə başlamağa qərar verib. 


“Titanik”lə ilk səyahətin 2027-ci ilin iyununda həyata keçirilməsi planlaşdırılır. Gəmi bal zalı, üzgüçülük hovuzu və hamamla birlikdə orijinal gəmi ilə eyni interyer və kabin tərtibatına malik olacaq. 835 kabinənin demək olar ki, yarısı birinci dərəcəli sərnişinlər üçün ayrılacaq və onlar 1900-cü illərə uyğun geyinməyə təşviq ediləcəklər. Üçüncü dərəcəli sərnişinlərə orijinal gəmidə olduğu kimi ümumi yeməkxanada uzun masalarda qazan yeməkləri və püre təqdim olunacaq, lakin digər yeməklər də olacaq. 


Xatırladaq ki, “Titanik” 15 aprel 1912-ci ildə Atlantik okeanında aysberqə çarpıldıqdan sonra batıb və bu qəza nəticəsində 1500 sərnişin və ekipaj üzvü həlak olub.

 

“Titanik” gəmisini məşhur edən isə rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi eyniadlı film olub. Baş rollarda Leonardo Di Kaprio və Keyt Uinsletin oynadığı “Titanik” filmi eyniadlı gəmini dünyda məşhurlaşdırdı. 


Filmin yayımlanmasından sonra gəminin batdığı yerə maraq artdı.Son illərdə “OceanGate Expeditions” adlı bir şirkət turistlərin gəminin batdığı yerə səyahətlərini təşkil edərək böyük məbləğdə qazanc əldə edib. “Titanik”ə marağın böyük olmasını nəzərə alan milyarder iş adamı yeni layihə ilə çoxlu turist cəlb etməyi düşünür. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...