Türkiyədə mənzil alan azərbaycanlıların sayı AZALIB - SƏBƏB BƏLLİ OLDU

Türkiyədə mənzil alan azərbaycanlıların sayı AZALIB - SƏBƏB BƏLLİ OLDU

Türkiyədə əcnəbilər tərəfindən alınan evlərin sayında azalma 2024-cü ildə də davam edir. Bu dinamika Azərbaycan vətəndaşlarının da qardaş ölkədə ev alışında müşahidə olunur. 


Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2024-cü ilin fevralında Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən 1 846 ədəd mənzil alınıb. Əcnəbilərə satılan mənzillərin sayı 2022-ci ilin fevralında 4 591 ədəd, 2023-cü ilin fevralında 3 350 ədəd idi. 


Türkiyədən mənzil alan əcnəbilər arasında Azərbaycan vətəndaşları da var. Vətəndaşlarımız bu ilin fevralında 60 mənzil alıb. Müqayisə üçün bildirək ki, həmvətənlərimiz 2023-cü ilin fevralında 73 mənzil, 2022-ci ilin fevralında 93 mənzil almışdı. 


Türkiyədə əcnəbilərin mənzil alışını azaltmasının bir neçə səbəbi var. 


Birinci səbəb mənzil qiymətlərinin dollarla ifadədə çox yüksəlməsidir. Hazırda Türkiyənin böyük şəhərlərində mənzil qiymətləri əvvəlki illərlə müqayisədə çox yüksəkdir. Buna görə də ölkədə mənzil satışında ümumi azalma var. 


Bu amillə yanaşı Türkiyədə yeni güclü zəlzələnin olma ehtimalı da əcnəbiləri qorxudur. Xüsusən də İstanbul və onun ətrafında zəlzələ ehtimalını nəzərə alan əcnəbilər zərurət olmadıqca mənzil almırlar. 


Mənzil satışının azalmasına təsir edən digər bir səbəb isə əcnəbilərin Türkiyə vətəndaşlığını ala bilməsi üçün tələblərin ağırlaşdırılmasıdır. Türkiyədə bir əcnəbi vətəndaşlıq ala bilmək üçün ən azı 400 min dollar dəyərində daşınmaz əmlak almalı və ya bu qədər sərmayə qoymalıdır. Daimi yaşamaq üçün isə əvvəllər tələb olunan minimum 75 min dollarlıq sərmayə məbləği 200 min dollara çıxarılıb. Türkiyəli eksperlər hesab edir ki, sadalanan amillər əcnəbilərin mənzil alışını azaldıb.


Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...