"Spotify"dan YENİ FUNKSİYA: "Musiqi dinləyən zaman..."

Maqazin
13:15 / 14.03.2024
7154
Populyar musiqi xidməti "Spotify" bu yaxınlarda musiqisevərləri həyəcanlandıran əhəmiyyətli bir açıqlama verib.
Sfera.az xəbər verir ki, yeni funksiya ilə istifadəçilər musiqi dinləyən zaman mahnı kliplərinə də baxa biləcəklər. Tətbiq, istifadəçilərə sevimli mahnılar və sənətçilərlə tanış olmaq üçün tamamilə yeni bir yol təqdim edir.
Bu yenilik "Spotify"ın strategiyasında böyük dəyişikliyi təmsil edir və insanların onlayn musiqidən istifadə tərzini potensial olaraq dəyişə bilər. Hazırda bu funksiyadan Böyük Britaniya, Hollandiya, Polşa, Almaniya, Kolumbiya, İtaliya, İsveç, Braziliya, Filippin, İndoneziya və Keniyada istifadə etmək olur.
Türkiyə üçün nə vaxt satışa çıxarılacağı hələ açıqlanmayıb.
Ülkər Abdurahmanlı