Rusiya BMT-nin toplanmasını TƏLƏB ETDİ: "Yenidən araşdırılsın!"

Rusiya BMT-nin toplanmasını TƏLƏB ETDİ:

Rusiya “Şimal axını” qaz kəmərlərinə təxribat aktlarının təhqiqatına dair BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz “Telegram” kanalında yazıb.

 

“Biz bu məsələyə dair bağlı qapılar arxasında keçiriləcək görüş tələb etmişik. Bundan sonra jurnalistlərlə danışmağı planlaşdırırıq", - müavin qeyd edib.

 

Polyanski həmçinin qeyd edib ki, Danimarka və İsveç araşdırmaları Rusiyanı qane etməyib:

 

"Danimarka və İsveç araşdırmalarını başa vurduqdan sonra aydın oldu ki, onlar yalnız vaxt qazanmağa və bu terror hücumunda əsas şübhəlini xilas etməyə çalışırlar".

 

Xatırladaq ki, 27 sentyabr 2022-ci ildə “Nord Stream AG” şirkəti  “Şimal axını” qaz kəmərinin üç xəttinə dəyən ziyanın fiziki zədə nəticəsində olduğunu bildirilib.  Hadisədən sonra Rusiya Baş Prokurorluğu beynəlxalq terrorizm ittihamı ilə iş açıb. Bundan sonra Almaniya, Danimarka və İsveç araşdırma başladıb.

 

8 fevral 2023-cü ildə ABŞ-nin tədqiqatçı jurnalisti və “Pulitzer” mükafatı laureatı Seymur Herş anonim mənbələrə istinadən məsələ ilə bağlı  ABŞ-ni ittiham edən məqalə dərc edib. İddiaya görə, 2022-ci ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları “BALTOPS” təlimi altında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin altına partlayıcı qurğular yerləşdirib və norveçlilər üç ay sonra bombaları işə salıblar.Daha sonra “The New York Times” ABŞ rəsmilərinə istinadən bildirib ki, qaz kəmərlərində təxribat aktı müstəqil fəaliyyət göstərən “Ukraynayönlü qrup” tərəfindən törədilib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...