Azərbaycana qarşı daha bir QƏRƏZLİ ADDIM: "Nə Qərb, nə də Paşinyan..."

Azərbaycana qarşı daha bir QƏRƏZLİ ADDIM:

Ötən gün Avropa Parlamentində “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul edilib. Azərbaycan burada növbəti dəfə bir sıra məsələlərdə günahlandırılıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, bu strukturun son 3 ildə bölgədəki proseslərlə bağlı açıqlamaları Azərbaycanda ciddi qarşılanmır:

 

“Azərbaycan öz dövlət və milli maraqlarını qoruyacaq. Biz xaotik Qərbin tövsiyələrinə ehtiyac duymuruq. Avroparlament başa düşməlidir ki, onun rəyinin heç bir hüquqi əsası yoxdur və üzvü olmadığı dövlətin daxili işlərinə qarışmaq imicinə ucalıq gətirməyəcək. Əgər Fransa və okeanın o tayındakı bəzi mərkəzlər fürsətdən istifadə edərək geosiyasi rəqiblərinə qarşı mübarizədə Cənubi Qafqazı "sizinkilərə və bizimkilərə" bölmək istəyirlərsə, Azərbaycana müntəzəm edilən qarayaxmalarla öz məqsədlərinə çata bilməyəcəklər”.

 

Ekspert bildirib ki, Ermənistanın beynəlxalq platformalarda manevr imkanlarının dairəsi rəsmi Bakının addımlarının nədən ibarət olacağı ilə hüdudlaşır:

 

“Avroparlamentin timsalında son atılan addımlar, səsləndirilən bəyanatlar isə, nə Qərbin, nə də Paşinyan hakimiyyətinin məqsədlərinə çatmaları ilə nəticələnəcək. Əksinə, bu cür davranış, konstitusiyasında və hüquqi-normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiası olan Ermənistanın hansı ərazilər çərçivəsində mövcud olacağı məsələsini aktuallaşdırır”.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də sözügedən qətnaməni ölkəyə qarşı növbəti ikili standartların bariz nümunəsi adlandırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...