Elman Rüstəmovdan gözlənilən - Açıqlama

Elman Rüstəmovdan gözlənilən -  Açıqlama

“Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gəlirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu azalma da ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərir”.

Sfera.az-ın report-a istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, valyuta bazarı və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil:

“Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Tərəfdaş ölkələrdə devalvasiyanın səviyyəsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz”.

***

APA-nın məlumatına görə, baş banker yaranmış vəziyyətdə manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasının zəruri olduğunu qeyd edib:

“Buna görə, bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyuta olan tələbini tam ödəyirdik. Lakin bundan sonar biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”.


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...