Ərdoğanın qəzaya düşən konvoyunda yaralanan daha bir polis VƏFAT ETDİ

Ərdoğanın qəzaya düşən konvoyunda yaralanan daha bir polis VƏFAT ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yol qəzasına düşən konvoyunda yaralanan daha bir polis vəfat edib.

 

Sfera.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

 

Nazir bildirib ki, Şırnak Kəşfiyyat Şöbə Müdirliyinin polis əməkdaşı İlker Duran müalicə aldığı xəstəxanada vəfat edib. O, həmçinin, şəhidin ailəsinə başsağlığı verib.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə qrupu Şırnakda yol qəzası keçirib. Hadisə Ərdoğanın Şırnakdakı proqramından sonra baş verib. Saat 15:00 radələrində Cizre Nusaybin şosesi, Çığır Köyü istiqamətində Nusaybin istiqamətində hərəkət edən Almaniya əsilli K.D-nin idarə etdiyi DU HZ 79 nömrəli avtomobil karvanı polis qruplarını daşıyan 73 EB 734 nömrəli avtomobillə toqquşub. Nəticədə Şırnakda xidmətdə olan polis məmuru Fırat Der qəzada həyatını itirib. Polis əməkdaşları O. K. və İ.D. yaralanıb. Yaralılar Cizre Dövlət Xəstəxanasına aparılaraq nəzarət altına alınıb.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...