Seysmoloji Xidmət Mərkəzi: "Şamaxıda..."

Seysmoloji Xidmət Mərkəzi:

Şamaxı rayonunun Məlikçobanlı kəndindəki “Məlikçobanlı” palçıq vulkanı seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşdiyindən təkrar passiv püskürmələr müşahidə oluna bilər.

 

Bu barədə Sfera.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

 

Qeyd edilib ki, RSXM palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində “Məlikçobanlı” palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.

 

Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəqiqə davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -“Zərnava” və “Qobustan” rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb.

 

Mərkəzin məlumatına görə, bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.

 

Qeyd edək ki, 2019-cu il 5 fevral tarixində İsmayıllı rayonunda maqnitudası ml=5.2 olan güclü hiss olunan zəlzələ baş verib. Həmin zəlzələdən sonra Şamaxı-İsmayıllı ərazisində 10 gün ərzində maqnitudası ml≥3.0 olan afterşoklar qeydə alınıb. Həmin zəlzələdən sonra Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən “Quşçu” palçıq vulkanının aktivləşməsi qeydə alınıb. 2019-cu il 27 may tarixində yerli vaxtla 16:33-də Şamaxı rayonunda yerləşən Məlikçobanlı palçıq vulkanı püskürüb. Püskürmə nəticəsində kraterin hündürlüyü 10-15 metrə qədər qalxıb və yer qatından çıxan palçıq 2 hektar əraziyə yayılıb. Vulkanın təsirindən əraziyə yaxın torpaqlarda qabarma və çatlar əmələ gəlib. Evlərə və təsərrüfata ziyan dəyməyib.

 

Rəqamsal stansiyaların məlumatları əsasında Məlikçobanlı palçıq vulkanlarının ocağın dərinliyi 5 km, püskürməyin davamlılığı 1 dəq, ayrılan enerjisi isə 3.4*106 Coul təyin edilib.


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....