"Qarabağ" bu gün "Bayer"lə qarşılaşacaq - Ya tamam, ya davam!

İdman
11:07 / 14.03.2024
3416
"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab görüşünə çıxacaq.
Sfera.az bildirir ki, Azərbaycan millisi Almaniyada "Bayer Leverkuzen”in qonağı olacaq.
Matç Bakı vaxtı ilə saat 00:00-da "BayArena"da baş tutacaq.
Matçı Entoni Teylor idarə edəcək. Ona Qari Besuik və Adam Nann köməklik göstərəcək. 4-cü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.
Qeyd edək ki, komandalar arasında daha öncə Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.
Fatimə Lətif