Cari ilin yanvar ayında qeyri neft-qaz ixracatımız niyə azalıb? - Millət vəkili səbəbləri AÇIQLADI

Cari ilin yanvar ayında qeyri neft-qaz ixracatımız niyə azalıb? - Millət vəkili səbəbləri AÇIQLADI

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz, real ifadədə isə 30,0 faiz azalaraq 222,0 milyon dollar olub. 

 

Bəs bu azalmanın əsas səbəbləri nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da digər iqtisadi səbəblər də dövriyyəyə təsirsiz ötüşməyib:

 

“Belə ki, 2022 və 2023-cü illərdə qeyri neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqaysiədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi”.

 

Millət vəkilinin sözlərinə görə, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir:

 

“Qeyri neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib.Bunlar ilə yanaşı, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. Bütün hallarda qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.

 

Firuzə Əliyeva

 


 


OXŞAR XƏBƏRLƏR