“iPhone 16 Pro”nun dizayn şəkilləri çıxdı - Kamera üçün yeni açar 

“iPhone 16 Pro”nun dizayn şəkilləri çıxdı - Kamera üçün yeni açar 

“Apple”ın bu ilin sentyabrında ilk dəfə təqdim edəcəyi yeni iPhone 16 seriyasının Pro modelinin render görüntüləri ortaya çıxıb.

 

Sfera.az bildirir ki, “Apple” yeni iPhone 16 seriyasını bu ilin sentyabr ayında təqdim etməyi hədəfləyir. Təqdimat gününə hələ bir neçə ay qalmasına baxmayaraq, bu, artıq texnologiya gündəminin ən aktual mövzusuna çevrilib.

 

Şirkətə yaxın olduğu bilinən mənbələr seriyanın "Pro" adlı modelin dizayn şəkillərini açıqlayıb.

 

Sızdırılan görüntülərə əsasən, qarşıdan gələn cihazın varisi “iPhone 15 Pro” ilə oxşar dizayn xətlərinə sahib olacağını söyləmək olar.

 

Göstərilən şəkillərə görə, yeni “iPhone 16 Pro”, köhnə modellərdən fərqli olaraq, sağ tərəfdəki güc düyməsinin dərhal altında yerləşən yeni bir düymə ilə gələcək.

 

Sözügedən düymə kameralarda olan yumşaq çəkim düymələrinə bənzər bir quruluşa sahib olacaq və eyni funksiyanı yerinə yetirəcək.

 

İddiaya görə, istifadəçilər Pro modelindəki yeni çəkmə düyməsini yüngülcə basaraq kameranı fokuslaya, tam basdıqda isə şəkil çəkə biləcəklər.

 

“Apple”ın yaxınlaşan flaqmanının şəkilləri də cihazın daha incə çərçivələrə sahib olacağı və təxminən 6,3 düym ölçüsündə olacağı iddialarını təsdiqləyir.

 

Aysel

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...