Hər kəsin lağ etdiyi qız məşhur aktrisa oldu - FOTOLAR

Hər kəsin lağ etdiyi qız məşhur aktrisa oldu - FOTOLAR

Cyoti Amge dünyanın ən qısa qadını olsa da, bu, onun arzularına çatmasına heç vaxt mane olmayıb. Bu gənc hindli qadının uşaqlıqdan bəri arzusu aktrisa olmaq idi. O, hər kəsin qərəz və lağ-lağılarına baxmayaraq, çox çalışdı, arzularının arxasınca getdi və uğur qazandı. 


Sfera.az Ginnesin Rekordlar kitabına görə dünyanın ən qısa qadınının motivasiya hekayəsini təqdim edir. 

 

Cyoti Amge 6 dekabr 1993-cü ildə Hindistanın Maharaştra şəhərində anadan olub. Anası Ranjana deyir ki, doğulanda və uşaqlığının ilk illərində Cyotinin boyunda heç bir anormallıq olmasa da, 5 yaşına çatanda boyunun uzanması dayanıb. 


Cyoti həmyaşıdları ilə birlikdə məktəbə getmiş, ailəsinin dəstəyi ilə heç vaxt fərqini hiss etməmiş və bunu heç vaxy maneə olaraq görməyib. Məktəbdə boy problemi yaşadıqsa bacısı köməyinə gəlib və onun dəstəyi Cyotinin məzun olmasına kömək edib.


Təbii ki, Cyoti boyu ilə bağlı çətin anlar yaşadı...


Ailəsinin dəstəyinə baxmayaraq, Cyoti tanınmazdan əvvəl insanlar onu daim ələ salır, aşağılayırdılar. Atası deyir ki, o zaman Cyotin çox əsəbi olurdu. O, bütün bu çətinliklərin öhdəsindən ailəsinin dəstəyi ilə çıxmışdı və onların sayəsində bu çətinliklərin öhdəsindən gəlmişdi.
Cyoti verdiyi müsahibədə  həkimlərin ona boyunun artmamasının səbəbinin böyümə hormonunun çatışmazlığı olduğunu dediyini açıqlayıb. Lakin sonradan müəyyən edilib ki, onun bu vəziyyətə düşməsinin səbəbi "cırtdanlıq" kimi tanınan xondroplaziya ilə bağlıdır (genetik fərqlilik). 


18 yaşında Cyoti dünyanın ən qısaboylu qadını kimi Ginnesin Rekordlar Kitabına düşüb.


Bu rekorda nail olmaq onu çox qürurlandırdı və özünə inamını xeyli artırdı. Cyoti, açıqlamalarında bu rekordu əldə etdikdən sonra özünü çox sevdiyini anladığını, özünü çox vacib və fərqli hiss etdiyini açıqlayıb.

 

Cyotinin boyu cəmi 61,95 santimetr olub ki, bu da onu ən qısaboylu gənc qadın edib. Ginnesin Rekordlar Kitabına düşdükdə cəmi 5,4 kilo olan Cyotin doğulduğu çəkisindən cəmi 4 kilo ağır idi. Həyatının hər anında Cyoti bu xüsusi vəziyyəti bir maneə kimi görmək əvəzinə ondan maksimum yararlanmağa çalışırdı.
Cyoti Amge 2012-ci ildə dünyanın ən uzun adamı Sultan Kösenlə tanış olub və onunla Ginnesin Rekordlar Kitabının 57-ci buraxılışı üçün poza verib.


O, müsahibələrində dünyanın ən hündür adamı ilə tanış olanda şoka düşdüyünü və Sultanın da onu görəndə çox təəccübləndiyini, lakin sonradan çox yaxşı dostluq etdiklərini söyləyib.

 

Cyoti təkcə vətəni Hindistanda məşhur deyil. O, həm də dünyanı gəzib, çoxlu insanlarla tanış olub.


O, Ginnesin Rekordlar Kitabının səfiri vəzifəsində çalışıb. Nəhayət, aktyor olmaq arzusunu həyata keçirə bilən Cyotiyə daha aydın bir yol görünüb.

 

Cyoti həm vətəni Hindistanda, həm də beynəlxalq miqyasda televiziya şoularında göründü. O bütün həyatı boyu oyunçuluğa davam etmək istəyir. Cyoti dünyanın ən məşhur teleseriallarından biri olan “American Horror Stories”də də rol alıb. O müsahiblərinin birində deyib:

 

“Mənim kimi insanlar kiçik və qısa ola bilər, amma böyük şeylərə də nail ola bilərlər. Hamımız adi insanlarıq. İnsanlar nə olursa olsun, bizə yuxarıdan aşağı baxmamalıdır.


Cyoti bir çox arzularına çatsa da, uğur qazansa da, yenə də başqa uğurlara imza atmağa çalışır. Cyoti onun kimi qadınların həyatda uğur qazana bilməyəcəyini düşünənləri utandırmağa davam edir.


Karyerasını davam etdirməklə yanaşı, Cyoti özünə inamı olmayan insanlar üçün nümunə olmağa ümid edir. O, başqalarına fərqliliklərinin onların arzularına çatmaqda maneə olmadığını ruhlandırmağa ümid edir və bu sözləri deyir: 

 

“Mənim kimi insanlar üçün qeyd: təslim olmasan, mütləq bütün arzularına çatacaqsan”

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR